Onun Bakıya nə vaxt gələcəyini AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulladan soruşduq:
"De Byazi artıq Azərbaycandadı. Ötən gecə Bakıya gəlib".
Yeri gəlmişkən, De Byazinin köməkçilərinin də adına aydınlıq gəlməyib. Ötən saylarımızda mütəxəssisin Aftandil Hacıyevlə Ramin Quliyev arasında seçim edəcəyini yazmışdıq. Düzdü, HacıyevAFFA-dan təklif almadığını bildirmişdi. Elə Firuz Abdulla da bu məsələ ilə bağlı yenilik olmadığını söylədi:
"Namizədlərlə bağlı hələ ki məlumat yoxdu. Nə zaman açıqlanacağı barədə də konkret nəsə deyə bilmərəm".
ŞAİR ABDULLA

