Hidayət Heydərov qalib gəldi - Paris-2024

29.07.2024 14:56 343
İdman
Ölkəmizi təmsil edən cüdoçu, dünya və Avropa çempionu Hidayət Heydərov bu gün 33-cü Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

"Football-plus.az" xəbər verir ki, 73 kq. çəki dərəcəsində yarışan Heydərov mübarizəyə 1/8 finaldan start verib. Onun rəqibi Tokio-2020 Olimpiya Oyunlarının bürünc mükafatçısı Tohar Butbul olub. Görüş Hidayət Heydərovun əlavə vaxtda qazandığı qələbə xalı (rəqibin 3 şido xalı) sayəsində başa çatıb.

Beləliklə, H.Heydərov 1/4 finala yüksəlib. Bu mərhələdə onun rəqibi Kanada idmançısı Artur Margelidon olacaq. 30 yaşlı cüdoçu 2 dəfə Panamerikan Oyunlarının qalibidir. O, bir neçə dəfə də Qran-pri yarışlarında gümüş və bürünc medal qazanıb.

Qeyd edək ki, cüdo yarışlarına bu gün yekun vurulacaq. Medal uğrunda görüşlər Bakı vaxtı ilə saat 18.00-dan etibarən başlanacaq.