Sumqayıtda ilk avrokubok qolu

27.07.2024 17:32 347
Ölkə futbolu
“Fehervar”la qarşılaşmaya qədər Azərbaycan klubları Sumqayıtda 5 avrokubok oyunu keçirmiş və heç birində rəqib qapısına yol tapa bilməmişdi.

“Turan”, “Kəpəz”, “Neftçi”, “Sumqayıt” uğursuzluğunun ardından, nəhayət, bu arzuolunmaz seriya qırıldı. Təəssüf ki, qol qələbə gətirmədi.

Sumqayıtda keçirilən bütün avrokubok oyunları

23.08.1994. UEFA kuboku. Turan – Fənərbaxça 0:2
08.08.1995. UEFA kuboku. Kəpəz – Austriya-Memfis 0:4
24.08.1995. Kuboklar Kuboku. Neftçi – APOEL 0:0
27.08.2020. Avropa Liqası. Sumqayıt – Şkendiya 0:2
29.07.2021. Konfrans Liqası. Sumqayıt – Çukariçki 0:2
25.07.2024. Konfrans Liqası – Sumqayıt – Fehervar 1:2