• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Qarabağ” sürprizə imkan vermədi - REPORTAJ

Reportaj / Avrokuboklar

27-07-2024, 15:0

Çempionlar Liqası
2-ci təsnifat mərhələsi, ilk oyun
Linkoln Red İmps (Cəbəllüttariq) – Qarabağ 0:2 (0:1)

1. Nauzet Santana
6. Bernardo Lopes (k)
10. Andre Tice de Bar
11. Culian Valerino
(5. İbrahim Ayeş, 46)
15. Rafael Munyos
(70. Viktor Villakanas, 66)
18. Toni
(9. Kike Qomes, 66)
20. İtan Britto
(17. Pedro Martin, 79)
21. Nano
22. Qrem Torrilya
(8. Mustafa Yahaya, 77)
23. Co
24. Cek Sarcent

Ehtiyat oyunçular
13. İvan Vilyanueva
27. Ceylan Hankins
19. Kayl Klinton
30. Karlos Cid
31. Conatan Çiortino
33. Cimaney Burnet
Baş məşqçi: Xavyer Munyos

97. Fabian Buntiç
6. Julio Romao
(24. Aleksey İsayev, 83)
7. Yassin Benzya
(17. Hamidu Keyta, 83)
8. Marko Yankoviç
(66. Patrik Andrade, 83)
10. Abdulla Zubir (k)
(90. Nəriman Axundzadə, 83)
13. Bəhlul Mustafazadə
15. Leandro Andrade
18. Olavio Juninyo
27. Toral Bayramov
29. Marko Veşoviç
(2. Mateus Silva, 83)
81. Kevin Medina

Ehtiyat oyunçular
1. Şahruddin Məhəmmədəliyev
12. Sadiq Məmmədzadə
19. Redon Cica
20. Riçard Almeyda
30. Abbas Hüseynov
55. Bədavi Hüseynov
Baş məşqçi: Qurban Qurbanov

Qollar: O.Juninyo, 45+2 (0:1). T.Bayramov, 75 (0:2).
Vərəqələr: İ.Britto, 72. Q.Torrilya, 74 – sarı.
Hakimlər: İŞTVAN VAD, Vencel Tot, İştvan Albert, Bence Şonka (hamısı Macarıstan).
VAR hakimi: Daniel Şifi (İtaliya).
VAR hakiminin köməkçisi: Marko Serra (İtaliya).
Hakim-inspektor: Kristof Dierik (Belçika).
UEFA nümayəndəsi: Tomas Barta (Çexiya).
23 iyul. Cəbəllüttariq. “Eurupa Point” stadionu. 683 tamaşaçı.
Birinci hissəyə 2, ikinci hissəyə 5 dəqiqə əlavə olunub.


3 (2) qapıya (“çərçivə”yə) zərbə 13 (7)
2 künc zərbəsi 7
3 ofsayd 4
15 qayda pozuntusu 11
2 (0) sarı (qırmızı) vərəqə 0 (0)
34 topa sahibolma (faizlə) 66


“Linkoln Red İmps” “Qarabağ” üçün güclü rəqib sayılmır. Ona görə ki, “köhlən atlar” ötən mövsüm məhz bu turnirin 1-ci təsnifat mərhələsində Cəbəllüttariq təmsilçisini yenib – 2:1, 4:0. Ağdam onda Avropa Liqasının 1/8 final mərhələsinə qədər yol qət etdi. İndi azarkeşlər ən azı tarixin təklanmasını və həmin rəqiblə başlanan macəranın ötən mövsümdəki qədər uğurlu olmasını diləyir. Hər halda, Cəbəllüttariq futbolunun göz muncuğu sayılan komandanın yenidən “Qarabağ” səddinə tuş gəlməsi bəxtin günahıdı. Odu ki, “köhlən atlar” irəliləmək üçün “qırmızı şeytanlar”a mərhəmət etməməliydilər. Belə də oldu.

“Qarabağ” ilk dəqiqələrdən qısa ötürmələrlə rəqibin qapısına yol tapmaq niyyəti güdürdü. Qonaqlar bunu planlandığı anda bacarmasa da, arcıdıl hücumlarla meydan sahiblərini çəkindirə bildi. “Köhlən atlar”ın ilk cəhdinə Lopes mane oldusa, ikincidə Juninyo - Benzya cütlüyü müdafiə xəttini yarmaqda çətinlik çəkdi. “Qırmızı şeytanlar”ın kapitanı daha bir təhlükəli epizodun qolla tamamlanmasına imkan vermədi. Daha doğrusu, Lopes Benzyanın önünü kəsərək topu uzaqlaşdırdı. Bu ərəfədə “Qarabağ” rəqibini müdafiə olunmağa məcbur edirdi. Amma meydan sahiblərinin belə təzyiqə hazır olduğu görünürdü.

Onların ilk təhlükəli vəziyyəti isə 13-cü dəqiqəyə təsadüf etdi. Bəhlulun başla qeyri-dəqiq ötürməsindən yararlanan meydan sahibləri topu ələ keçirib bəxtini sınadı. Burda Valerino qapını nişan almaq üzrəykən Romaonun müdaxiləsiylə yerdə qaldı ki, Vad qayda pozuntusunun olmadığını dedi. Hər halda, VAR hakimin qərarını təsdiqlədi. Çox keçmədən “Qarabağ” yenə rəqib qapısının torunu silkələməyə yaxın oldu. Budəfəki cəhdi uğursuzluğa düçar edən isə Sarcent idi. O, Leandronun qapı önünə ötürməsini baş zərbəsiylə uzaqlaşdırdı. 30-cu dəqiqədə Zubirin qapıya göndərdiyi top rəqibə dəyərək meydanı tərk etdi. Belədə ağdamlılar künc zərbəsi qazandı. Həmin epizodda yaranan fürsəti Juninyo boşa verdi.

Qonaqların daimi təzyiqi, nəhayət, ilk yarıya artırılan vaxtda bəhrə verdi. Juninyo Bəhlulun uzun ötürməsindən sonra topu sinəsiylə ram edib qapıya göndərdi. Beləliklə, Qurban Qurbanovun komandası fasiləyə öndə yollandı və psixoloji üstünlük qazandı.

İkinci hissə də ağdamlıların aşkar üstünlüyü şəraitində keçdi. Onlar cinahlardakı boşluqlardan yararlanıb fərqi artırmağa çalışırdı. Lakin gah xətlərarası əlaqədəki problemlər, gah da rəqib müdafiəçilərin müdaxiləsi qola imkan vermirdi. Bu ərəfədə Sarcentin Juninyoya qarşı qaydanı pozması ağdamlılara sərf etdi. Lakin Benzya az əvvəl vurğuladığımız maneələr üzündən cərimə zərbəsindən yararlana bilmədi. 56-cı dəqiqədə Romao qapıya qeyri-dəqiq zərbə vurdu. “Qırmızı şeytanlar”ın ikinci hissədəki ilk təhlükəli vəziyyəti 64-cü dəqiqəyə təsadüf etdi. Burda Culian Munyosun ötürməsini qolla tamamlaya bilmədi. Düzdü, Buntiç cəld reaksiya ilə diqqəti çəkdi. Lakin zərbənin qüvvətli olmadığını qeyd etməliyik. Ardından Zubirin qeyri-dəqiq ötürməsi topun itirilməsiylə nəticələndi. Yaxşı ki, Bəhlul cərimə meydançasına daxil olub “çərçivə”ni nişan almağa hazırlaşan Qomesə vaxtında mane oldu. 75-ci dəqiqədə “Qarabağ”ı rahatlaşdıran qol vuruldu. Romao rəqibin başını gicəlləndirən bir neçə hərəkətdən sonra topu Torala ötürdü. O isə uzaq məsafədən gözlənilməz və dəqiq zərbə ilə fərqi artırdı. “Qarabağ” hətta üçüncü qol axtarışında olsa da, alınmadı. “Linkoln Red İmps” isə gah müdafiə olunmağa üstünlük verir, gah da rəqibi qayda pozuntusuyla suçlayaraq şans qazanmağa çalışırdı.

Səfərdən inamlı qələbə ilə dönən “Qarabağ” iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda cavab görüşünə çıxacaq.

Gözdən qaçmadı
* 700 yerlik idman qurğusunda hər iki komanda azarkeş dəstəyindən məhrum idi. “Qarabağ”ı təxminən 30 azarkeş dəstəkləyirdi.
* İştvan Vad havanın isti olması üzündən iki dəfə su fasiləsi verdi.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Çempionlar Liqası

23-07-2024, 19:0

“Linkoln” - “Qarabağ”: START HEYƏTLƏRİ

Ölkə futbolu

16-07-2024, 18:0

“Qarabağ” - “Əl-Şabab”: START HEYƏTİ

Avropa Liqası

3-02-2024, 15:0

"Qarabağ"ın "Braqa" ilə oyunlar üçün iştirak ərizəsi - SİYAHI

Ölkə futbolu

20-07-2024, 18:0

“Qarabağ” bir gündə 6 qol vurdu - REPORTAJ

Premyer-liqa

6-04-2024, 19:0

"Qarabağ" - "Səbail": START HEYƏTLƏRİ

Ölkə kuboku

2-06-2024, 19:0

“Qarabağ” - “Zirə”: START HEYƏTLƏRİ

Aktual
İlk mərhələdə yüzfaizlik nəticə olacaqmı? - “Hər birini fərqli çətinlik və sınaqlar gözləyir”
Yeni prezident “Səbail”i borclardan xilas etdi, Adil Şükürovla vidalaşdı
“Buna görə də Sumqayıta üz tutmalı olduq” – “Zirə” niyə Bakıda oynamır?
"Zirə" Konfrans Liqasında ev oyunlarını 1400 yerlik stadionda keçirəcək - RƏSMİ
FİF "Ağstafa Gəncləri"ni necə xilas edib?
Azər Bağırov əvvəllər çalışdığı futbolçuları “Şamaxı”ya apara bilər - MÜSAHİBƏ
Son xəbərlər
  • Bu gün, 01:04
    ABŞ yenə inamlı qələbə qazandı, türkün səhəri necə açılacaq? - DÇ gecəsi
  • Bu gün, 00:00
    Mundial onun üçün erkən sona çatdı
  • Dünən, 23:30
    "İmişli"də daha 4 ayrılıq
  • Dünən, 23:01
    İlk mərhələdə yüzfaizlik nəticə olacaqmı? - “Hər birini fərqli çətinlik və sınaqlar gözləyir”
  • Dünən, 22:40
    Yeni prezident “Səbail”i borclardan xilas etdi, Adil Şükürovla vidalaşdı
  • Dünən, 22:19
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 21:48
    “Buna görə də Sumqayıta üz tutmalı olduq” – “Zirə” niyə Bakıda oynamır?
  • Dünən, 21:31
    La Liqada yeni təyinat
  • Dünən, 21:00
    "İmişli"də ayrılıq
  • Dünən, 20:44
    "Neftçi" Rezabala ilə vidalaşdı
  • Dünən, 20:13
    “Liverpul” gənc futbolçu aldı
  • Dünən, 19:42
    Dörd matçı 281223 tamaşaçı izlədi - DÇ-nin rekordu
  • Dünən, 19:11
    “Real”da Silva ilə Konateni Fernandes müşayiət edəcək
  • Dünən, 18:43
    Sinnerlə Sobolenko öndədi
  • Dünən, 18:10
    Aydın Süleymanlı Maqnus Karlsenə qalib gəldi!
  • Dünən, 17:49
    Müharibə veteranları iddia qaldırdı
  • Dünən, 17:32
    Püşk üzümüzə güldü, bəs sonra? - əsas mərhələyə qədər irəliləməyə borclusuz!
  • Dünən, 17:19
    Tahir Abdullayev UFC Fight Night Baku-da döyüşəcək
  • Dünən, 16:58
    "Şəfa" futbolçusuyla yenidən anlaşdı
  • Dünən, 16:27
    "Araz-Naxçıvan" xorvatiyalı müdafiəçi transfer etdi
  • Dünən, 15:56
    ABŞ və Kabo Verdedən hərəyə iki oyunçu - DÇ-nin rəmzi komandası
  • Dünən, 15:35
    Milli komandada yeni müqavilə
  • Dünən, 15:14
    "Zirə" Konfrans Liqasında ev oyunlarını 1400 yerlik stadionda keçirəcək - RƏSMİ
  • Dünən, 14:51
    Millimizin rəqibləri məlum oldu - DÇ
  • Dünən, 14:30
    Klubunda hamını arxada qoydu
  • Dünən, 13:59
    "Mərhələ iki oyundan ibarətdi, hər şey baş verə bilər" - Valdas Dambrauskas
  • Dünən, 13:28
    Doğma klubuna qayıtdı
  • Dünən, 13:07
    “Hər mərhələ fərqli yanaşma tələb edir” - Antonellinin özünəinamı artıb
  • Dünən, 12:56
    Qüdrətli PSV və qalan iştirakçılar
  • Dünən, 12:45
    FİF "Ağstafa Gəncləri"ni necə xilas edib?
  • Dünən, 12:34
    Azər Bağırov əvvəllər çalışdığı futbolçuları “Şamaxı”ya apara bilər - MÜSAHİBƏ
  • Dünən, 12:23
    Kartal “Fənərbaxça”ya qayıtdı
  • Dünən, 12:12
    Qeyri-müəyyənlik içində keçən 15 gün, suya düşən arzular - “Turan Tovuz”un Türkiyə toplanışı yarımçıq qaldı…
  • Dünən, 12:01
    Messi rekordu yeniləyəcəkmi?
  • Dünən, 11:50
    ÇSKA "Qarabağ"la oynamaqdan imtina etdi
Daha çox
Oxunub: 283
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 267
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 254
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 251
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 246
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Oxunub: 234
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə