• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

TFF-dən yeni qərarlar və təyinatlar - HK sədri məlum oldu, legioner limiti dəyişdirildi

Dünya futbolu

27-07-2024, 12:0

Türkiyə Futbol Federasiyasının (TFF) yeni rəhbərliyinin bir sıra yeniliklər həyata keçirmək ərəfəsində olduğunu xəbər vermişdik.

"Football-plus.az" xəbər verir ki, iyulun 18-də keçirilən növbədənkənar seçkidə İbrahim Hacıosmanoğlu federasiyanın yeni prezidenti seçildi. Yeniliklərə və təyinatlara birlikdə nəzər salaq.

Hakimlər Komitəsindən başlayaq. Çünki yeni rəhbərliyin seçilməsindən dərhal sonra Ahmet İbanoğlunun sədrlik etdiyi 8 nəfərlik bu komitə tam tərkibdə istefa vermişdi. Nə qədər qəribə olsa da, Fərhat Gündoğdu yeni sədr seçilib!

Həmin Gündoğdu ki, 2022-nin martında bu vəzifəni icra edərkən “cavanlaşdırma” adı ilə 13 hakimi Türkiyə futbolundan kənarlaşdırmışdı. Maraqlıdı ki, Gündoğdu bu dəfə də komitə sədri seçilən kimi radikal qərar qəbul etdi.

HK yeni mövsümdə Türkiyə çempionatında çalışacaq əsas, köməkçi və VAR hakimlərinin adlarını açıqladı. Siyahıda 23 baş hakimin adı qeyd olunub və onların arasında Abdulkadir Bitigenə yer verilməyib. Halbuki 40 yaşlı Bitigen Türkiyənin ən təcrübəli hakimlərindən sayılırdı və 2021-dən bəri FİFA hakimi statusunda idi. Özü də o, cəmi bir neçə gün öncə, daha dəqiq desək, iyulun 23-də ÇL-in təsnifat mərhələsində “Santa Koloma” – “Midtüllann” (0:3) oyununu idarə etmişdi. Bu məqamda xatırladaq ki, Bitigen 2022-ci ildə Gündoğdu tərəfindən uzaqlaşdırılan 13 hakim arasında da var idi. Amma bu dəfə onun geri dönmək şansı yoxdu. Çünki 2 il öncə Gündoğdu həmin qalmaqallı qərardan 1 ay sonra istefa vermək məcburiyyətində qalmış və “qurbanlıq qoyun” seçilən 13 hakimin hamısı əfv edilərək geri qaytarılmışdı.

Digər yenilik legioner limiti ilə bağlıdı. Hacıosmanoğlu klub rəsmiləri ilə keçirdiyi görüşdən sonra limiti 12-dən 14-ə yüksəltmək qərarına gəldi. Məlum olduğu kimi, TFF-nin əvvəlki başqanı Mehmet Büyükekşinin dönəmində 2024/25 mövsümü üçün limit sərtləşdirilmişdi. Düzdü, klublara tam əcnəbilərdən ibarət olan start heyəti ilə meydana çıxmağa icazə veriləcəkdi. Amma mövsümlük iştirak ərizəsinə yalnız 12 legionerin adı daxil edilə biləcəkdi. Bu da iddialılar başda olmaqla bir çox kluba problem yaradırdı. Yeni qərardan sonra artıq mövsümlük iştirak ərizəsinə 14 əcnəbi futbolçunun adını daxil etmək mümkün olacaq. Amma 1-ci liqa klublarında bu rəqəm 8-ə bərabər olacaq.

Bundan başqa, şayiələrə inansaq, TFF “mavi kart” qərarını da ləğv etmək niyyətindədi. “Mavi kart” sayəsində hər hansı bir səbəbə görə Türkiyə vətəndaşlığından imtina etməli olan türkiyəli futbolçular superliqada legioner sayılmırdı. Amma “Qalatasaray”ın bu duruma etiraz edəcəyi gözlənilir. Çünki “mavi kart” ləğv olunsa, Kərəm Dəmirbay artıq legioner statusunda olacaq.

Bundan başqa, əvvəlki rəhbərliyin dönəmində yığma komandaya cavabdeh yönətici kimi çalışan Həmit Altıntopun yerini tutan şəxsin də adına aydınlıq gəlib. Bu, Ceyhun Kazancıdı. “Beşiktaş”lılar Kazancını gözəl xatırlayır. Daha öncə “Çaykur Rizəspor”un baş katibi olmuş 44 yaşlı futbol adamı 2021-23-cü illərdə “Beşiktaş”da idman direktoru vəzifəsini icra edib.

Bu arada TFF-nin yeni rəhbərliyi “bismillah” eləməmiş idarə heyətindən istefa xəbəri gəlib. Belə ki, “İstanbulspor”un başqan yardımcısı, “Saral Hüquq Bürosu”nun yaradıcısı Bayram Saral sürpriz şəkildə istefa verib. O, yeni rəhbərliklə idarəçilik anlayışında fərqli məqamların olduğunu vurğulayaraq ayrılmağa qərar verib. Saral aprelin əvvəllərindən Hacıosmanoğlunun “komandasında” yer almağa qərar vermişdi. Onun yeni TFF-də başqan vəkili vəzifəsini icra edəcəyi gözlənilirdi.

Sonda onu da vurğulayaq ki, Əli Koç Klublar Birliyinin (KB) prezidenti olmaqda davam edəcək. Srağagün qurumun yeni başqanı seçilməliydi. Bu vəzifəyə ən real namizəd “Beşiktaş” prezidenti Hasan Arat hesab olunurdu. Amma Arat işlərinin çoxluğunu və “Beşiktaş”a daha çox vaxt ayırmaq istədiyini bildirərək birliyin prezidenti olmaq istəmədi. Bu olayın ardından klublar yenidən Əli Koça dəstək verdilər. 19 superliqa klubundan 18-i Koçun KB-nin prezidenti kimi qalmasını istədilər. Yalnız “Qalatasaray” bu qərarı dəstəkləmədi. Xatırladaq ki, Əli Koç həm də “Fənərbaxça”nın prezidentidi.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

16-07-2023, 14:0

Türkiyədə HK sədri yenə dəyişdi

Dünya futbolu

26-07-2024, 18:0

TFF-nin yeni prezidenti nələri dəyişəcək? - TƏHLİL

Dünya futbolu

22-05-2022, 11:0

Çakır adını futbol tarixinə yazdıra bilmədi!

Dünya futbolu

19-07-2023, 12:0

TFF “Fənər”in müraciəti ilə bağlı xüsusi komissiya yaratdı

Dünya futbolu

29-01-2023, 17:0

Türkiyənin Hakimlər Komitəsində növbəti istefa

Dünya futbolu

24-06-2022, 23:0

Klublar Birliyinin yeni sədri kim seçildi?

Aktual
"Qəbələdə bilet satmayacağıq, "açıq qapı" olacaq" - "Araz-Naxçıvan" azarkeş sayını artıra biləcəkmi?
Yeni sponsor tapan klubun hədəfi nə olacaq?
“Günahımı hiss edirəm və məsuliyyəti öz üzərimə götürürəm” – “Dinamo”nun oyunçusu
Vernidub 400 min avroluq əcnəbi müdafiəçi istəyir – appendisit...
Qurban Qurbanovun növbəti qurbanı... - "Dinamo" baş məşqçisiylə vidalaşır
“Sözsüz, səhvlərə yol veririk” – Bense Varkonyi
Son xəbərlər
  • Bu gün, 20:32
    "Araz-Naxçıvan" - "İmişli" oyununda "sülh", "Sabah" "Kəpəz"ə qarşı - YENİLƏNİR
  • Bu gün, 19:55
    "Sabah" - "Kəpəz": START HEYƏTLƏRİ
  • Bu gün, 19:24
    İtaliyanın paytaxtını tərk etdi
  • Bu gün, 18:53
    Ulduz futbolçu imicini dəyişdi
  • Bu gün, 18:20
    Arif Əsədov "Qarabağ" üçün fəlakət ssenarisini açıqladı – “Allah eləməmiş, kənarda qalsalar...”
  • Bu gün, 17:50
    "Araz-Naxçıvan" - "İmişli": START HEYƏTLƏRİ
  • Bu gün, 17:20
    "Qəbələdə bilet satmayacağıq, "açıq qapı" olacaq" - "Araz-Naxçıvan" azarkeş sayını artıra biləcəkmi?
  • Bu gün, 16:59
    Dortmundu tərk etməyə yaxındır
  • Bu gün, 16:28
    Almaniyada iş yerini dəyişdi
  • Bu gün, 15:58
    Lukaku ''Lion''a qarşı ilk oyunu buraxacaq!
  • Bu gün, 15:37
    Yeni sponsor tapan klubun hədəfi nə olacaq?
  • Bu gün, 15:16
    “Günahımı hiss edirəm və məsuliyyəti öz üzərimə götürürəm” – “Dinamo”nun oyunçusu
  • Bu gün, 14:55
    İspaniya klubunu tərk etdi
  • Bu gün, 14:34
    ''Qalatasaray'' XXI əsrdə ilk dəfə belə uğursuzluqla üzləşdi
  • Bu gün, 14:22
    Daha üç boksçumuz mərhələ adladı - Avropa çempionatı
  • Bu gün, 14:00
    Vernidub 400 min avroluq əcnəbi müdafiəçi istəyir – appendisit...
  • Bu gün, 13:22
    Amsterdamda qərar tutdu
  • Bu gün, 12:51
    Qurban Qurbanovun növbəti qurbanı... - "Dinamo" baş məşqçisiylə vidalaşır
  • Bu gün, 12:30
    “Barselona”nı tərk etdi
  • Bu gün, 12:03
    Keyn qalacaq, yoxsa gedəcək?
  • Bu gün, 11:32
    Əvvəlki iş yerinə qayıda bilər
  • Bu gün, 11:01
    Bir London klubundan digərinə keçəcək
  • Bu gün, 10:40
    “Səfər matçı istənilən halda çətin keçəcək, çünki...” - Vaqif Cavadov "Tvente" ilə oyunlar haqda nə dedi?
  • Bu gün, 10:19
    UEFA-nın klub reytinqində 4 pillə irəlilədik
  • Bu gün, 10:06
    Cəlalın komandası qələbə qazandı
  • Bu gün, 10:00
    İtaliyada komandasını dəyişdi
  • Bu gün, 00:02
    "Qarabağ" - "Şamaxı" oyununun biletləri satışda
  • Dünən, 23:49
    İtaliyanın paytaxtını tərk etdi
  • Dünən, 23:18
    Liverpula yollanmağa yaxındı
  • Dünən, 22:57
    “Sözsüz, səhvlərə yol veririk” – Bense Varkonyi
  • Dünən, 22:24
    “Bu sual mənə ünvanlanmamalıdı” – Kurban Berdıyev
  • Dünən, 22:09
    “Biz bu heyətlə ilk oyunumuzu keçirirdik” – Kaxaber Sxadadze
  • Dünən, 22:03
    Şok: azərbaycanlı hakim-inspektor Albaniyada həmvətənini tanımadı!
  • Dünən, 21:37
    "Neftçi" Farajı Tunis klubuna satdı - RƏSMİ
  • Dünən, 21:02
    Millimiz Bosniya və Herseqovinaya qalib gəldi
Daha çox
Oxunub: 337
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 284
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 203
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 135
“Turan Tovuz” eyforiyadadı?
Oxunub: 105
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 105
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə