Böyük Dəbilqə: Azərbaycanın üç cüdoçusu mübarizəyə başlayır

4.02.2023 10:28 278
İdman
Azərbaycanın üç cüdoçusu bu gün Fransanın paytaxtı Parisdə start götürəcək Böyük Dəbilqədə mübarizəyə başlayacaq.

Football-plus.az-ın məlumatına görə, 60 kq çəki dərəcəsində çıxış edən Balabəy Ağayev 1/16 final mərhələsində Matteus Takaki (Braziliya) - Petros Çristodoulides (Kipr) cütünün qalibi ilə üz-üzə gələcək.

66 kq-dakı Yaşar Nəcəfov eyni raundda An Cehonq (Cənubi Koreya) - Cerard Kadet (Haiti) duelinin güclüsü ilə qarşılaşacaq.

73 kq-dakı Nurlan Osmanov 1/32 finalda İdo Levinlə (İsrail) münasibətlərə aydınlıq gətirəcək.

Qeyd edək ki, Böyük Dəbilqəyə fevralın 5-də yekun vurulacaq.