Ozobiç Kadi ilə Zubirə çatdı

25.08.2022 15:29 484
Manşet / Çempionlar Liqası
“Sürix”lə səfər oyununda fərqlənəndən sonra həm “Ferentsvaroş”, həm də “Viktoriya” ilə duellərdə susan Kadi Borges qol hesabına artıra bilməsə də, Ozobiç bombardirlər cədvəlində mövqeyini yaxşılaşdırdı.

Xorvatiyalı Azərbaycan klublarının heyətində avrokuboklardakı 9-cu qolunu vurdu. Ümumiyyətlə, bombardirlər cədvəlinin yuxarı hissəsində sıxlıqdı. “Qarabağ”ın qrupda oynayacağını nəzərə alsaq, Reynaldonun elə bu payız liderliyi əldən verməsi mümkündü.

Reynaldo 11
Kadi Borges 9
Abdulla Zubir 9
Filip Ozobiç 9
Rəşad Sadiqov 8
Riçard Almeyda 8
Dani Kintana 8
Emin Mahmudov 8