“Football-plus.az” xəbər verir ki, bu sözləri "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev Türkiyənin Erzurum şəhərində təlim-məşq toplanışı çərçivəsində Küveytin “Al Arabi” klubu ilə yoxlama oyunundan (0:0) sonra deyib.
"Ümumiləşdirsək, Erzurum toplanışı faydalı oldu. Komandama gördüyü işə görə təşəkkür edirəm. Sabah Bakıya qayıdırıq. Çempionata qədər daha bir matçda gücümüzü sınayacağıq. İyulun 28-də əvəzedicilərlə üz-üzə gələcəyik. Bundan sonra avqustun 2-də “Qarabağ”la keçirəcəyimiz matça hazırlaşacağıq”.






