Lubeninin son klubu “Keyptaun” olub. "Şirlər"lə onun arasında iyulun 7-də bağlanmış müqavilə birillik idi. 23 yaşlı mərkəz müdafiəçisi Fransada - “Lill”də yetişib, B komandasında 2 il çıxış edəndən sonra Afrikaya qayıdıb. Millinin daimi üzvü olan müdafiəçi fevralın 17-də çempionat matçında “Keyptaun”un heyətində zədə alıb. Haukonqo dizindəki zədəni sağaldıb və “Şamaxı”yla müqavilə bağlamasında problem olmamalıydı.
Bəs futbolçuya niyə yaşamaq icazəsi verilmədi? “Şamaxı”nın mətbuat katibi Yusif Hüseyn “Football-plus.az”a belə cavab verdi:
“Hər bir vətəndaş Azərbaycanda yaşamaq icazəsi almalıdı. Lubeni isə ala bilmədi. Qanunvericiliyə əsasən nəzərdə tutulmuş prosedurlardan keçə bilmədi. Nə ilə bağlı olduğu onun şəxsi məsələsidi. Klubun bu barədə açıqlama verməsi düzgün olmaz”.
RÖYANƏ OĞUZ






