''Fənərbaxça'' bu gün Joze Mourinyonun başçılığı altında ilk rəsmi oyuna çıxacaq.
"Football-plus.az" xəbər verir ki, İstanbul nəhəngi Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində İsveçrədə ''Luqano'' ilə qarşılaşacaq.
''Luqano'' ötən mövsüm Konfrans Liqasında səfərdə ''Beşiktaş''ı məğlub etməklə diqqət çəkmişdi. Mourinyo ilk rəsmi oyundan öncəki mətbuat konfransında maraqlı açıqlamalar verib:
''Heyətimizdən məmnunam. ''Fənərbaxça''ya gəlməklə doğru qərar vermişəm. İndiyə qədər 30-ya yaxın məşq və 5 dənə hazırlıq oyunu keçirmişik. Hər məşqimiz yaxşı səviyyədə keçir. Hər kəs inkişaf etmək və mənim tərzimə uyğunlaşmaq üçün əlindən gələni edir. Bəzi yığma üzvləri aramıza yeni qatılıblar. Bu da müəyyən çətinliklər yaradır. İlk gündən bəri çalışdığımız oyunçularla işbirliyindən zövq alıram. Onlardan biri də Cikudu. Biz məşqlərdə hazırlıq oyunları üçün yox, bu cür matçlar üçün hazırlıq keçirik. Tək İstanbuldakı cavab oyunu yox, ilk görüş də bizim üçün önəmlidi. Bura qələbə üçün gəlmişik. Oyunun süni meydanda keçirilməsi rəqib komandanın qərarıdı. Məncə, futbol süni meydanda yox, hər zaman gözəl və təbii meydanlarda oynanılmalıdı. İstənilən halda bu duruma adaptasiya olmalıyıq. ''Luqano''nun baş məşqçisinə mənimlə bağlı dediyi sözlərə görə təşəkkür edirəm. Sadəcə ona qarşılıq vermək üçün demirəm, amma mən də onun yaxşı komanda yaratdığını düşünürəm. Gələcəkdə güclü məşqçiyə çevriləcək. Luqano mənim həyatımda önəmli yerə sahib olan şəhərlərdən biridi. ''İnter''də işlədiyim dönəmdə oğlum bu şəhərdə məktəbə gedirdi''.
ƏLİ