“Şamaxı” yay təlim-məşq toplanışını davam etdirir.
“Football-plus.az” xəbər verir ki, komanda toplanış zamanı üçüncü yoxlama oyununu keçirəcək. Rəqib yeni mövsümdən 1-ci liqada çıxış edəcək “Cəbrayıl” olacaq. İyulun 23-də Şamaxı şəhər stadionunda keçiriləcək görüş saat 18:00-da başlayacaq.
Qeyd edək ki, "Şamaxı" bundan əvvəlki yoxlama oyunlarında "Kəpəz"ə 2:1, "Pelikan"a isə 5:0 hesabı ilə qalib gəlib.