Bundesliqanın 2-ci bombardiri Dortmunda gəldi

20.07.2024 20:54 297
Dünya futbolu
Seru Girassi klubunu dəyişib.

"Football-plus.az" xəbər verir ki, bundan sonra Almaniyanın digər klubunda oynayacaq.

“Ştutqart”ın hücumçusu “Borussiya”ya keçib. Dortmund klubunun mətbuat xidmətinin məlumatına görə, 28 yaşlı qvineyalı futbolçu ilə 4 illik müqavilə imzalanıb. Girassi ötən mövsüm “Ştutqart”ın heyətində 28 oyunda 28 qol vurmaqla bundesliqanın 2-ci ən yaxşı bombardiri olub.

Qvineya millisinin üzvü əvvəllər “Lill”, “Köln” və “Renn”də də çıxış edib.