“Sabah”ın yeni transferi Coy-Lens Mikels təlim-məşq toplanışıyla bağlı fikirlərini “football-plus.az"la bölüşüb.
O, saytımıza açıqlamasında yoxlama oyunlarından və köhnə-yeni komandasına uyğunlaşma dönəmindən danışıb:
“Kollektivimizin Sloveniya toplanışı yaxşı keçdi. Bütün futbolçular məşqlərdə tam gücünü qoyaraq çalışdı. Hamı növbəti mövsümün startına kimi hazır olmaq üçün var qüvvəsiylə əlindən gələni etdi. Uyğunlaşma dönəminə gəlincə, komandadan uzun müddət aralı qalmadım. Cəmi bir mövsüm kənardaydım. Ona görə də qayıdanda bu baxımdan heç bir əziyyət çəkmədim. Yoxlama oyunlarında əsas olan kollektivimizin oyun keyfiyyətlərini yaxşılaşdırmasıdı. Məncə, bu baxımdan keçirdiyimiz oyunlar faydalı oldu. Əminəm ki, komanda oyundan-oyuna daha yaxşısını edəcək”.
Xatırladaq ki, Mikels “Sabah”la “1+1” illik müqavilə imzalayıb.
KƏNAN BAHADIR