''Çelsi''nin argentinalı yarımmüdafiəçisi Entso Fernandesin hərəkəti ciddi müzakirələrə səbəb olmaqda davam edir.
Bu futbolçu Argentina yığmasının Amerika Kubokundakı qələbəsindən sonra ''instaqram''da canlı yayın açmış və komanda yoldaşları ilə birlikdə qalmaqallı bir mahnı oxumuşdu. Həmin mahnıda ''onlar Fransada oynayır, amma hamısı Anqoladandı'' sözləri xüsusi diqqət çəkmiş və Entso irqçilikdə günahlandırılmışdı. Bunun ardından Fransa Futbol Federasiyasının prezidenti Filipp Diallo argentinalılardan narazılığını dilə gətirmiş və FİFA-ya şikayət edəcəklərini bildirmişdi. FİFA artıq məsələ ilə bağlı rəsmi araşdırma aparıldığını açıqlayıb.
İndi də bu mövzu ətrafında yeni bir olay yaşanıb. Belə ki, Fernandesin ''Çelsi''də forma geyən 3 fransalı komanda yoldaşı ''instaqram''da onu təqibdən çıxarıb! Söhbət Uesli Fofana, Aksel Disasi və Malo Qustodan gedir. Disasi hətta Fernandesin həmin videosunu də öz ''x'' (tvitter) səhifəsində paylaşıb. Etiraz dalğasının artdığını görən Fernandes üzrxahlıq paylaşımı edib. Xatırladaq ki, Argentina finalda Lautaro Martinesin əlavə vaxtda vurduğu qolla Kolumbiyanı 1:0 məğlub edərək ardıcıl 2-ci, tarixində 16-cı dəfə Amerika Kubokunun qalibi olmuşdu.
ƏLİ