• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Çelsi” transfer bazarını “partlatdı”! - TƏHLİL

Layihə

3-02-2023, 12:0

Mövsümün gedişində çoxlu oyunçusu zədələnən və nəticələri pisləşən “Çelsi” itkiləri “sığortalamaq” üçün qış “transfer pəncərəsi”ndən maksimum yararlandı. London klubunun bu planda böyük fəallıq sayəsində transfer bazarını “partlatdığını” əminliklə iddia etmək olar.

“Zadəganlar” Avropanın əksər ökələrində tətbiq olunan qış transfer əməliyyatları üçün nəzərdə tutulan son iki gündə - yanvarın 30-31-də daha bir neçə keçidi reallaşdırıb. Əvvəlcə “Lion”un müdafiəçisi Malo Qüsto transfer olunub. 19 yaşlı futbolçu bu mövsümü icarə əsasında hazırkı klubunda başa vuracaq. 2016-cı ildən “Lion”un aşağı yaş qruplarında oynamağa başlayan yeniyetmə növbəti mövsümdən sıralarına qoşulacağı londonlularla müddəti 2030-cu ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalayıb. “Çelsi”yə 35 milyon avroya satılan Malo lionluları bonus kimi daha 5 milyon avro irəli sala bilər.

Nəhayət, İngiltərə nəhəngi çoxdan “elçi düşdüyü” Entso Fernandesin məsələsini də yoluna qoyub. Qeyd edək ki, argentinalı yarımmüdafiəçi hələ Qətərdə keçirilən dünya çempionatı vaxtı “zadəganlar”ın diqqətini cəlb etmişdi. “Benfika” 22 yaşlı futbolçunun qiymətinin 120 milyon avro olduğunu bəyan etmişdi. “Çelsi” rəhbərliyi əvvəlcə bu məbləğin 70 milyonluq hissəsini nağd təzminat, digər hissəsini isə azı iki oyunçusunu lissabonluların sıralarına göndərməklə ödəməyə hazır olduğunu təklif etmişdi. Bu varianta razılaşmayan qarşı tərəf Entsonu yalnız nağd qiymətə satmaqda qərarlı idi. Portuqaliya klubunun prezidenti Manuel Ruy Koşta bir neçə gün əvvəl ingilislərin futbolçunu nağd məbləğə, lakin mərhələli ödənişlə transfer etmək təklifini də geri çevirmişdi. “Çelsi”nin həmsahibi Todd Bouli çox çək-çevirdən sonra yanvarın son günündə “Benfika”nın şərtini qəbul etməyə məcbur olub. Bu məsələdə Fernandesin karyerasını premyer-liqada davam etdirmək istəyinin də böyük rolu olub.

Beləliklə, DÇ-2022-nin ən yaxşı gənc futbolçusu seçilən dünya çempionu yeni klubuna 121 milyon avroya başa gəlib. Entso İngiltərə futbolunun tarixinə ən bahalı oyunçu kimi düşüb. O, 2021-ci ildə “Aston Villa”dan 117,5 milyon avroya “Mançester Siti”yə satılan yarımmüdafiəçi Cek Qrilişin rekordunu yeniləyib. Fernandes həmçinin futbol tarixinin ən bahalı argentinalı oyunçusu statusunu qazanıb. O, 2016-cı ilin yayında “Napoli”dən 90 milyon avroya “Yuventus”a satılan hücumçu Qonsalo İquaynın rekordunu arxada qoyub. Və ən əsası, Entso futbol tarixinə 6-cı ən bahalı transfer kimi düşüb. O, bu planda Neymar, Kilian Mbappe, Usman Dembele, Filippe Koutinyo və Joao Felişdən geri qalır.

Yeni klubu ilə 2031-ci il iyunun 30-na qədər müddəti nəzərdə tutan müqavilə bağlayan Fernandesin iş yerini dəyişməsi “River Pleyt”i də irəli salıb. O, “Benfika”ya 2022-ci ilin yayında bu klubdan gəlmişdi.

Müqavilənin bəndlərindən birində futbolçunun sonrakı satışından əldə ediləcək təzminatın 25 faizinin Argentina klubuna çatacağı, “River Pleyt”in həmrəylik ödənişləri mexanizmi nəticəsində daha 4 milyon avro alacağı qeyd edilmişdi. Başqa sözlə, Buenos Ayres klubu yetirməsinin “Çelsi”yə satışından 34 milyon avro qazanc götürüb. Xatırladaq ki, Fernandes “River”ə 2019-22-ci illərdə məxsus olub, 2020-21-ci illərdə icarə əsasında “Defensa y Xustisiya”da çıxış edib. “Benfika”ya 14 milyon avroya satılan yarımmüdafiəçi bu komandada bütün turnirlərdə keçirdiyi 29 oyunda 4 qolun və 7 məhsuldar ötürmənin müəllifi olub.

“Çelsi”nin qış “transfer pəncərəsi”ndə heyətinə yeni futbolçular qatmaq üçün xərclədiyi məbləği də nəzərinizə çatdıraq. BBC-nin yaydığı məlumata görə, London klubu bu planda təxminən 323 milyon funt sterlinq xərcə düşüb. “Çelsi” David Fofana (10 milyon), Andrey Santos (18 milyon), Benua Badyaşil (35 milyon), Joao Feliş (9,7 milyon, icarə), Mixail Mudrik (88,5 milyon), Noni Madueke (29 milyon), Malo Qüsto (26,3 milyon) və Fernandesə (106,8 milyon) görə xəzinəsindən bu qədər pul çıxarıb. Məlumatda “zadəganlar”ın yanvarda ümumilikdə La Liqa, A seriyası, Liqa 1 və bundesliqadakı bütün klublardan daha çox xərclədiyi də qeyd edilib.

Amma ilin ilk ayının son günündə “Çelsi”ni tərk edən oyunçu da olub. “Arsenal” əzəli rəqibindən Jorjinyonu transfer edib. London klubu italiyalı yarımmüdafiəçi üçün 10 milyon funt sterlinq təzminat ödəyib. Müqavilədə 2 milyon funt sterlinq məbləğində bonus da nəzərdə tutulub. 31 yaşlı futbolçu göy formada 2018-ci ildən çıxış edirdi. O, bu mövsüm premyer-liqada 18 oyuna çıxıb, 2 qol vurub və 2 məhsuldar ötürmə verib. AÇ-2020-nin qalibinin cari mövsümdə bütün turnirlərdə 25 matçda 3 qol vurduğunu da qeyd edək.

Football-plus.az

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

30-08-2022, 20:0

Argentinalı futbolçu London klubunda qaldı

Dünya futbolu

5-08-2022, 17:0

Slonina ilə Çukvuemeka “Çelsi”yə qoşuldular

Dünya futbolu

6-09-2022, 18:0

London klubu üçün rekord göstərici

Aktual
“Sabah”ın ÇL matçını stadiondan izləmək üçün 101 manatınız var?
Yaşar Seyidov “Karvan-Yevlax”dan və elita klublarından FİFA-ya şikayət edə bilər – özü dedi
“Sabah”ın rəqibindən böyükhesablı qələbə
UEFA-nın qərarı Tovuzda görülən işlərə təsir etdi – “artıq gələn mövsümə...”
Varqas nağılı başa çatır! – belə şey olar?
Azarkeşlər Azər Məmmədovu qəzəblə qarşıladı, lağa qoydu – rəhbərliyə ittihamlar
Son xəbərlər
  • Bu gün, 19:43
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 19:11
    “Qarabağ”dan növbəti transfer
  • Bu gün, 18:40
    Londondan Madridə yollanacaq
  • Bu gün, 18:08
    "Səbail"dən növbəti transfer
  • Bu gün, 17:37
    “Sabah”ın ÇL matçını stadiondan izləmək üçün 101 manatınız var?
  • Bu gün, 17:06
    Yaşar Seyidov “Karvan-Yevlax”dan və elita klublarından FİFA-ya şikayət edə bilər – özü dedi
  • Bu gün, 16:35
    Portuqaliyanı tərk etməyi düşünür
  • Bu gün, 16:04
    Rövşən Nəcəfdən ölkəmizdə keçiriləcək DÇ ilə bağlı açıqlama
  • Bu gün, 15:33
    Fransaya qayıtmayacaq
  • Bu gün, 15:02
    “Sabah”ın rəqibindən böyükhesablı qələbə
  • Bu gün, 14:31
    Klubunda hamını arxada qoydu
  • Bu gün, 14:00
    UEFA-nın qərarı Tovuzda görülən işlərə təsir etdi – “artıq gələn mövsümə...”
  • Bu gün, 13:39
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 13:18
    "Araz-Naxçıvan" kapitanla vidalaşdı
  • Bu gün, 12:57
    Keyta "Qəbələ" ilə yeni müqavilə imzaladı
  • Bu gün, 12:26
    İtaliya klubunu tərk etdi
  • Bu gün, 11:55
    Çüdoçularımızın rəqibləri məlum oldu
  • Bu gün, 11:30
    Sərgən Yalçın ''Beşiktaş''ı yıxıb-sürüdü - ''Komanda bu gedişlə hara gedir?''
  • Bu gün, 11:06
    Rövlan Muradov "Araz-Naxçıvan"da
  • Bu gün, 10:53
    Varqas nağılı başa çatır! – belə şey olar?
  • Bu gün, 10:31
    Mehdi Cənnətov "Səbail"də
  • Bu gün, 10:10
    Braziliya pley-offa qrup lideri kimi adladı - DÇ səhəri
  • Bu gün, 09:00
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Bu gün, 00:58
    İsveçrə 1-сi, Kanada 2-ci oldu - DÇ gecəsi
  • Dünən, 23:25
    "Sabah" ilk yoxlama matçında heç-heçə etdi
  • Dünən, 22:50
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 22:00
    Azarkeşlər Azər Məmmədovu qəzəblə qarşıladı, lağa qoydu – rəhbərliyə ittihamlar
  • Dünən, 21:07
    İtaliya klubunda yeni təyinat
  • Dünən, 20:36
    İbrahimoviç Messini yerə-göyə sığdırmadı - ''Pele, Maradona və Kroyffdan da üstündü''
  • Dünən, 19:59
    Torreyra ''Boka Xuniors'' iddiaları üçün nə dedi?
  • Dünən, 19:34
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 18:26
    Məşhur futbolçu klubsuz qaldı
  • Dünən, 17:59
    “Zirə”nin rəqibində böhran – azarkeşlər “Torpedo”nun mərhələ keçəcəyinə inanmır!
  • Dünən, 17:15
    "Neftçi"dən növbəti transfer
  • Dünən, 16:43
    Mundial onun üçün erkən sona çatdı
Daha çox
Oxunub: 275
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 259
“Sən özün nə qədər evlər yıxmısan, Xaqani...”
Oxunub: 237
“Neftçi”dən sürpriz gediş: Eminlə Emilə rəqib gəldi!
Oxunub: 212
Koxalski də "Qarabağ"dan gedib - onu "gördüm" deyən yoxdu!
Oxunub: 207
“Zirə”dən ayrılmaq qərarını apreldən vermişdim” – Rəşad Sadıqov Ceyhun Nuriyevi yenə komandaya çağırıb?
Oxunub: 201
“Kəpəz”in heybətli görünən sədr və baş məşqçi postu... – Gəncədə uduzmaq üçün şir ürəyi yemək lazımdı!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə