U-18 millimiz məğlub oldu

19.07.2024 20:55 314
İdman
Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışını davam etdirən Azərbaycanın oğlanlardan ibarət U-18 basketbol millisi yoldaşlıq görüşü keçirib.

"Football-plus.az” xəbər verir ki, yığma küveytli həmyaşıdları ilə qarşılaşıb. Matç rəqibin 58:46 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, təlim-məşq toplanışına iyulun 21-də, Qətər yığması ilə oyundan sonra yekun vurulacaq.