İranın Yazd şəhərində təlim-məşq toplanışını davam etdirən çimərlik futbolu üzrə Azərbaycan milli komandası yerli yığma ilə növbəti yoldaşlıq oyununu keçirib.
AFFA-nın rəsmi saytından verilən məlumata görə, kollektivlər arasında ikinci qarşılaşma da meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 5:3. Azərbaycan seçməsinin qollarını Amid Nəzərov, Ramil Əliyev və Tural Qürbətov vurub.
Qeyd edək ki, ilk görüşdə İran yığması 3:2 hesabı ilə qalib gəlmişdi. Komandalar arasında sonuncu oyun avqustun 25-də olacaq.