Millimiz Türkiyəni məğlub etdi

10.09.2023 10:21 253
Yığma
İstanbul şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi yoldaşlıq oyununda Türkiyənin müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gəlib.

“Football-plus.az” xəbər verir, ki, qarşılaşma təmsilçimizin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. U-17-nin qollarını 81-ci dəqiqədə Ümid Səlimov, 89-cu dəqiqədə isə Emin Feyzullayev vurub. Bu komandalar arasında növbəti görüş sentyabrın 12-də baş tutacaq.