Basketbol millimiz daha iki qələbə qazandı

24.03.2024 14:00 164
İdman
Gürcüstanın paytaxtı Tbilisidə təlim-məşq toplanışını davam etdirən ölkəmizin oğlanlardan ibarət U-16 yığması daha iki yoxlama oyunu keçirib.

"Football-plus.az" xəbər verir ki, Tahir Baxşıyevin rəhbərlik etdiyi komanda hər iki oyunda rəqiblərini məğlub etməyi bacarıb.

Azərbaycan (U-16) - "Rustavi" 78:55
Azərbaycan (U-16) - "Pachulia Academy" 68:61


Qeyd edək ki, yığma sabah təlim-məşq toplanışını yekunlaşdıraraq Vətənə qayıdacaq.