Yeni loqo stadionda nə vaxt görünəcək?

19.07.2024 13:09 339
Aktual / Ölkə futbolu
Bilindiyi kimi, “Sabah” mövsümlərarası fasilə zamanı loqosunu yenilədi.

“Football-plus.az” xəbər verir ki, klubun bütün sosial şəbəkə hesablarında yeni loqodan istifadə olunsa da, Masazırdakı stadionda hələ də köhnə loqo qalmaqdadı. Söhbət “Bank Respublika Arena”dan gedir. Görəsən, klub rəhbərliyi “Makkabi” ilə oyuna qədər stadiondakı köhnə loqoları yenisiylə əvəzləyəcəkmi? Sualmızı “bayquşlar”ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidov belə cavabladı:

“Hazırda stadionda avrokubok oyunu üçün hazırlıq gedir. Köhnə loqolar oyun gününə kimi yeniləri ilə əvəz ediləcək”.

KAMAL SƏFƏR