“Bank Respublika Arena” ilə bağlı qərar iyunun sonunda veriləcək - AÇIQLAMA

11.06.2023 16:21 572
Premyer-liqa / Manşet
Tarixində ilk dəfə qitəmiqyaslı turnirə qatılacaq “Sabah”ın ev oyunlarını “Bank Respublika Arena”da keçirmək istəyində olduğunu xəbər vermişik.

Onu da bildirmişik ki, Masazırdakı arena UEFA reyesterinə daxil olmadığına görə, ali futbol qurumu hələ ki, “tələbələr”in bu istəyinə “ok” deməyib. Ancaq ötən mövsümün “gümüş” mükafatçısının rəhbərliyi israrlıdı, mövqeyindən geri çəkilmək niyyətində deyil. “Sabah”ın rəsmiləri hər vəclə ilk avrokubok matçını 13 min azarkeş tutumuna malik stadionda keçirmək istəyir. Bəs UEFA buna icazə verəcək? İcazə veriləcəksə, bununla bağlı qərar nə vaxt açıqlanacaq?

Məsələ ilə bağlı “Sabah”ın mətbuat katibi Elnur Həmidov “Football-plus.az” a açıqlamasında bunları söylədi:
“Bildiyiniz kimi artıq neçə vaxtdı UEFA-nın istəyinə uyğun stadionda bəzi yeniliklər həyata keçiririk. Və görülən işlər barədə qitə futbol qurumuna mütamadi məlumat verilir. İyunun sonunda UEFA nümyəndəsi Bakıya gələrək stadionu təftiş edəcək. Qərar da bu təftişdən sonra açıqlanacaq. Böyük ehtimalla, sonda hər şey biz istdiyimiz kimi olacaq”.

RƏŞAD