Parisdən Lissabona qayıtmayacaq

23.11.2023 22:15 197
Dünya futbolu
Qonsalo Ramuş Lissabona qayıtmayacaq.

"Football-plus.az" xəbər verir ki, PSJ “Benfika”dan icarəyə götürdüyü futbolçunu birdəfəlik transfer edib. Paris klubu 22 yaşlı hücumçu ilə müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə bağlayıb. PSJ bu transfer üçün Lissabon klubuna 65 milyon avro təzminat və müəyyən şərtlər daxilində 15 milyon avro bonus ödəyəcək.

Ramuş bu mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 15 matçda meydana çıxıb, 2 qol vurub və 1 qolun ötürməsini verib.