Evra şərti həbs cəzası aldı - onun aliment borcu 969 min avrodu

18.07.2024 20:33 315
Dünya futbolu
Fransanın “Le Parisien” qəzeti Patris Evra ilə xanımı Sandra arasındakı məhkəmə prosesinin yekunları haqda xəbər yayıb.

Fransa yığmasının sabiq kapitanı birillik şərti həbs cəzası alıb. Fransa qanunvericiliyində şərti hökmlərin iki növü var. Bunlardan birincisi sadə yoldu, adam qanunu təkrar pozduğu halda şərti cəza real cəzaya çevrilir. İkinci növdə isə sınaq müddəti müəyyənləşdirilib. Qanunu pozan şəxs həbsxanaya düşməmək üçün məhkəmənin müəyyənləşdirdiyi bəzi şərtləri yerinə yetirməlidi.

Evraya münasibətdə ikinci yol tətbiq olunub. Düzdü, həbsxanadan qurtulmaq üçün zəruri olan tələblər açıqlanmır. Patris məhkəmədən sonra xanımına dəyən mənəvi ziyanın əvəzi kimi 4000, prosessual xərclər üçünd də 2000 avro ödəməyə məcburdu.
Bu məğləbğlər fransalı ulduzun aliment borcu – 969 min avro – ilə müqayisədə qəpik-quruş görünür. O, 2020-ci ilin iyulundan bəri xanımına və iki uşağına pul ödəməyib. Futbolçu ilə xanımı arasındakı boşanma prosesi də hələ bitməyib, hərçənd məhz 2020-ci ilin yayında başlayıb.

Onda “Daily Mail” futbolçunun model Marqo Aleksandra ilə öpüşdüyü fotonu yaymışdı. Patrisin həmin xanımdan da iki uşağı var. Hüquqşünas Natali Dyubua məhkəmənin son qərarını belə şərh edib:
“Ümid edirəm ki, Patris Evra, nəhayət, bu qərar sayəsində qanundan yüksəkdə olmadığını, heç kimin bir saatın içində xanımını və uşaqlarını ata bilməyəcəyini anlayacaq. Özü də bir halda ki, 15 il çiyin-çiyinə yaşayıblar. Xanımı onun futbol karyerasına dəstək vermək üçün bütün dünya boyunca arxasınca gəzib”.

Amma Evra məhkəmənin qərarından narazıdı və artıq apellyasiya ərizəsi verib. Futbolunun dediyinə görə, xanımı ona borclu olduğu iki milyon avronu qaytarmayıb. Həm də Patris belə hesab edir ki, xanımına və uşaqlarına yetərincə böyük mülk verib. Evranın vəkili Me Jerom Bursikanın fikirləri ilə də tanış olaq:
“Patris Evra məhkəməyə apellyasiya müraciətində bildirib ki, xanımına Fransanın cənubunda mənzil və hovuzu olan ev təqdim edib. Bundan başqa, futbolçu xanımına gündəlik həyat üçün iki milyon avro borc verib. Həmin xanımın pulu qaytarmaqdan imtina etməsi bu iddianın əsas səbəbidi”.