"Kəpəz" kapitanı ilə müqaviləni uzatdı

15.07.2024 11:24 314
Ölkə futbolu
"Kəpəz" futbolçusu Vurğun Hüseynovla yeni müqavilə imzalayıb.

"Football-plus.az" xəbər verir ki, ötən mövsümdən "Kəpəz"in heyətində çıxış edən 36 yaşlı müdafiəçi ilə 1 illik sözləşmə bağlanıb.

Qeyd edək ki, "Kəpəz" bu yay Yeqor Xvalko, Elmir Tağıyev, Ehtiram Şahverdiyev və Əli Səmədovla da müqaviləni yeniləyib.