ESPN şirkəti ənənəvi “ESPY Awards” mükafatının təqdimat mərasimini keçirib.
“Dallas”ın oyun qurucusu Luka Donçiç MBA-nın ən yaxşı oyunçusu kimi mükafat qazanıb.
Sloveniyalı basketbol ulduzu Nikola Yokiç (Denver), Şey Gilces-Aleksander (Oklahoma-Siti) və Ceyson Teytum (Boston) kimi rəqiblərini qabaqlayıb.
Donçiç müntəzəm çempionatın son mövsümündə hər oyunda orta hesabla 33,9 xal toplayıb, 9,2 ribaund edib və 9,8 məhsuldar ötürmə verib. Onun pley-offdakı göstəriciləri isə belədi: 28,9 xal, 9,5 ötürmə, 8,1 ribaund.