Azərbaycanın Paris-2024-dəki bayraqdarları bəlli olub.
“Football-plus.az” xəbər verir ki, bunlar cüdoçu Gültac Məmmədəliyeva və boksçu Məhəmməd Abdullayevdi.
Qeyd edək ki, 33-cü Yay Olimpiya Oyunlarında Azərbaycanı 48 idmançı təmsil edəcək. Turnir iyulun 26-dan avqustun 11-dək Parisdə keçiriləcək.