“Qarabağ”dan 1 gündə 2 qələbə

16.07.2024 21:03 333
Ölkə futbolu
Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün iki yoxlama oyunu keçirib.

“Football-plus.az” xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda əvvəlcə Xorvatiya yüksək liqa təmsilçisi “Slaven"lə qarşılaşıb. Bu matç "Qarabağ"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu isə Musa Qurbanlı vurub.

Ağdam klubu Tirol bölgəsindəki hazırlığı Dubayın “Şabab Əl-Əhli” komandasına qarşı matçla yekunlaşdırıb. Oyun "Qarabağ"ın 5:2 hesablı qələbəsi ilə başa çatıb. Abdullah Zubir matçda heçt-trik edib. "Qarabağ"ın digər qollarını isə Yassin Benzia və Leandro Andrade vurub.

Qeyd edək ki, "Qarabağ" toplanış çərçivəsində Almaniyanın “Kayzerslautern”una (1:3) uduzub və Çexiya “Viktoriya”sına (2:1) qalib gəlib.