"Qarabağ" 2-ci Bundesliqa klubuna uduzdu

9.07.2024 16:39 284
Ölkə futbolu
Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün iki yoxlama oyunu keçirir.

"Football-plus.az" xəbər verir ki, Ağdam təmsilçisi ilk matçında Almaniyanın 2-ci Bundesliqa təmsilçisi "Kayzerslautern"lə qarşılaşıb və 1:3 hesabı ilə uduzub.

Qurban Qurbanovun baş məşqçisi olduğu komanda ikinci oyunda Çexiya yüksək liqa klubu "Viktoriya" (Plzen) ilə üz-üzə gələcək. Matça saat 20.00-da start veriləcək. "Qarabağ"ın Avstriyada 4 yoxlama oyunu keçirməsi nəzərdə tutulub. Sonrakı rəqiblər hələlik bəlli deyil.

9 iyul
Qarabağ - Kayzerslautern 1:3

Elvin Cəfərquliyev, 70 - Yannis Heuer, 23. Marlon Ritter, 39. Boris Tomyak, 47