“Qartallar” dünən 18.00 radələrində Bakıya qayıtdı. Yeni klubunun heyətində rəsmi oyunda debüt edən Junior Martins qələbəsə pay sahibi oldu. Məhz onun zərbəsindən sonra müdafiəçidən dönən topu Volkov qolla tamamladı. Braziliyalı yarımmüdafiəçinin oyunla bağlı təəssüratını öyrəndik:
“Zirə” forması ilə debütümə və qələbə qazandığımıza görə xoşbəxtəm. Sonradan meydana çıxıb komandaya ən yaxşı şəkildə kömək etmək fürsətinə görə qürurluyam. Bir sözlə, asan deyil, çox çətin oyun oldu. Güclüydük, sonda hesabda irəli çıxa bildik. Növbəti dəfə çalışacağıq ki, azarkeşlərimizin qarşısında da qalib gələk”.
RÖYANƏ OĞUZ





