Fransalı məşqçinin təyinatı rəsmiləşdi

14.07.2024 19:49 248
Dünya futbolu
“Əl-İttihad”ın yeni baş məşqçisi müəyyənləşib.

Səudiyyə Ərəbistanı klubunun saytının yaydığı xəbərə görə, bu vəzifəyə Loran Blan təyin edilib. Fransalı mütəxəssis istefaya göndərilən argentinalı Marselo Qalyardonun yerini tutub.

Blanın sonuncu iş yeri “Lion” olub.