Blana qapı göstərildi

13.09.2023 13:51 208
Dünya futbolu
Loran Blan artıq “Lion”un çalışdırıcısı deyil. Rəhbərlik onunla yolları ayırmağı lazım bilib.

"Football-plus.az" xəbər verir ki, qərar qeyri-qənaətbəxş nəticələrə görə verilib. Komanda Fransa çempionatında bu mövsüm keçirdiyi 4 oyunda yalnız 1 xal qazanıb və hazırda sonuncu – 20-ci yerdədi.

Blan “Lion”a ötən ilin oktyabrında təyinat almışdı. Komanda sön mövsümü 7-ci yerdə başa vurmuşdu. 57 yaşlı Blanla müqavilə qarşılıqlı razılıq əsasında pozulub. Onun köməkçiləri Frank Passi ilə Lillip Lamberə də qapı göstərilib.