"İnter"də itki baş verib.
Football-plus.az xəbər verir ki, bunu Milan klubunun mətbuat xidməti açıqlayıb. Klubun və Belçika millisinin hücumçusu Romelu Lukaku yenidən zədələnib. Futbolçu İtaliya çempionatının 12-ci turunun "Sampdoriya" ilə matçında (3:0) sol ayağının diz nahiyəsindən xəsarət alıb. Onun meydanlara nə vaxt dönəcəyi tibbi müayinədən sonra müəyyənləşəcək.