“Roma”nı azad agent kimi tərk edən Leonardo Spinatsola Neapola yollanıb.
O, “Napoli” ilə 2 illik müqavilə imzalayıb. 31 yaşlı müdafiəçi paytaxt klubunda 2019-cu ildən çıxış edirdi. Leonardo ötən müddətdə sarı-qırmızı formada 151 oyunda meydana çıxıb, 7 qol vurub və 21 məhsuldar ötürmə edib.