Yığmamız Avropa çempionatında mübarizəyə başlayır

12.07.2024 11:34 327
İdman
20 yaşadək oğlan basketbolçulardan ibarət yığmamız Avropa çempionatının B divizionunda bu gün mübarizəyə başlayacaq.

"Football-plus.az" xəbər verir ki, B qrupunda qərarlaşan milli ilk matçını Portuqaliyaya qarşı keçirəcək.

Görüş Bakı vaxtı ilə saat 21.30-da başlayacaq. İspaniyalı məşqçi Alberto Blankonun rəhbərlik etdiyi milli Portuqaliya, Niderland, Böyük Britaniya və İrlandiya yığmaları ilə eyni qrupda yer alıb.

Qeyd edək ki, Avropa çempionatı Rumıniyanın Piteşti şəhərində iyulun 12-dən 21-dək keçiriləcək.