“Qəbələ” daha bir məşqçinin fəaliyyətindən imtina etdi

11.07.2024 18:10 346
I liqa
“Qəbələ” Futbol Akademiyası məşqçi Zaur Hacıyevlə yollarını ayırıb.

“Football-plus.az” xəbər verir ki, bu barədə kluun mətbuat xidməti məlumat yayıb. 2023-2024-cü illər mövsümündə U-19-a rəhbərlik edən mütəxəssis akademiyada fəaliyyət göstərdiyi uzun müddət ərzində müxtəlif yaş qrupları üzrə komandalarda çalışıb. “Qırmızı-qaralar” Hacıyevin rəhbərliyi altında müxtəlif liqalarda mükafatçılar sırasında yer alıb.

"Qəbələ" İdman Klubu Zaur Hacıyevə futbolçu və məşqçi kimi göstərdiyi xidmətlərə görə təşəkkür edib, ona gələcək karyerasında yeni-yeni uğurlar arzulayıb.