“CBC Sport” “Zirə” üçün “Şerif Arena”da – açıqlama

11.07.2024 17:53 383
Aktual / Ölkə futbolu
Xəbər verdiyimiz kimi, Avropa Liqasının 1-ci təsnifat mərhələsində keçiriləcək “Şerif” – “Zirə” matçını ölkəmizdə “CBC Sport” yayınlayacaq.

Bununla bağlı hansısa çatışmazlıq olub-olmadığını, ümumi durumu öyrənmək məqsədilə “CBC Sport”un baş redaktoru Şəmsəddin Abbasovla əlaqə saxladıq. Onun “Football-plus.az”a dedikləri:

“Hansısa problem yoxdu və olmayacağına ümid edirik. Hər şey qaydasındadı. Oyunu Süleyman Vəliyev “Şerif Arena”dan şərh edəcək”.

Xatırladaq ki, oyun saat 21.00-da başlayacaq.

KƏNAN BAHADIR