“Real” yay “transfer pənəcərəsi” dövründə ilk satışını reallaşdırmağa yaxındı.
“Relevo”nun xəbərinə görə, Madrid klubu Rafa Marinin satışı ilə bağlı “Napoli” ilə danışıqlar aparır. Ötən mövsümü icarə əsasında “Alaves”də keçirən 22 yaşlı futbolçu İtaliya klubuna satılacaq. Şərtlərin artıq razılaşdırıldığı qeyd edilib.
Xəbərdə “Real”ın müqaviləyə geri satın alma bəndini daxil edəcəyi də bildirilib.