Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün ikinci yoxlama matçına çıxıb.
"Football-plus.az" xəbər verir ki, Ağdam təmsilçisinin növbəti rəqibi "Legiya" olub. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektivin Polşa klubu ilə görüşü 0:2 hesabı ilə sona çatıb.
Xatırladaq ki, "Qarabağ" Avstriyadakı ilk yoxlama matçında "Ferentsvaroş"la 3:3 hesablı bərabərliyə imza atmışdı.
1 iyul
Yoldaşlıq oyunu
"Qarabağ" - "Legiya" 0:2
Mark Qual, 74 Juergen Eitim, 80
"Kössen Arena". 20.00