• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

İspaniya “alman maşını”nı dayandırdı

Dünya futbolu / AÇ

8-07-2024, 21:0

Bu oyunu “erkən final” adlandırmaq üçün hər cür əsas var idi.

Turnir ərəfəsində favoritlər sırasında göstərilən, eləcə də Avropa çempionatlarının ən titullu iki komandası 1/4 finalda üz-üzə gəldi. Düzdü, bu mənada ispanlar bir addım öndə idi. “Qırmızı qəzəb” bunaqədərki turnir məsafəsini birnəfəsə keçmişdisə, bundestim qrupun son oyununda İsveçrəyə xal vermişdi. 1/4 finalın ilk oyunu həm də turnirin ən məhsuldar iki komandasını üz-üzə gətirdi. Və daha bir maraqlı fakt: Almaniya 1988-ci ildən bəri rəsmi oyunlarda İspaniyaya qalib gəlməmişdi.

…Azarkeşlər və tamaşaçılar qarşılıqlı hücumlar şəraitində keçən maraqlı oyun izlədi. “Erkən final”da, yəqin ki, tərəflərdən heç biri məğlubiyyəti haqq etmirdi. Biz uzaqbaşı onları belə erkən mərhələdə qarşılaşdıran püşkü lənətləyə bilərik. Komandalar birlikdə 40 fola əl atdı, referi Entoni Teylor isə futbolçulara 15 sarı və 1 qırmızı vərəqə göstərdi. Oyunun lap əvvəlində ispanlar məcburi dəyişikliyə əl atdı – zədələnən Pedrini Olmo əvəzlədi. Məhz o, sonradan oyunun qəhrəmanı oldu. İspanlar fasiləyə qədər qapıya daha çox zərbə vursalar da, almanlar topla fırlanırdılar, ümumilikdə meydanda bərabər oyun gedirdi.

Fasilədən sonra “artıran” ispanlar dərhal iki təhlükəli vəziyyət yaratdı. Morata topu tirin üzərindən vurdusa, Olmo cərimə meydançası daxilindən dəqiq zərbə ilə hesabı açdı. Almanlar qol buraxandan sonra fəallaşdılar. Sonradan meydana çıxan Virtslə Füllkruq da onların oyununu canlandırdı. İspanlar sona yaxın bundestimin əl-qol açmasına imkan verdi. Belədə qol vəziyyətlərinin sayı artdı. Füllkruq topu dirəyə vurdu, Haverts topu Simonun üzərindən atsa da, “çərçivə”yə düşmədi. Hər halda, final fiti ərəfəsində hesab bərabərləşdi. Kimmix başla topu yerə saldı, Virts qapıçıya heç bir şans vermədi.

Belədə əlavə vaxt qaçılmaz oldu. De la Fuente həmin vaxt artıq Yamal, Uilyams və Moratanı meydandan almışdı. Ancaq ispanlar onlarsız da nəsə yaratmağı bacarır. İlk 15 dəqiqənin sonunda komandalar hərəyə bir şansı boşa verdi, 106-cı dəqiqədə isə Musialanın zərbəsindən sonra top Kukurelyanın əlinə dəysə də, Teylor “nöqtə”ni göstərmədi. Füllkruq daha bir real qol şansını qaçırandan sonra hər kəsə elə gəldi ki, qalib penalti seriyasında müəyyənləşəcək. Ancaq Olmonun asmasından sonra milli formada 2-ci qolunu vuran Merino fərqli ssenarini reallaşdırdı. Ardından Karvaxal meydandan qovulsa da, ispanlar qələbə hesabını qorudu. Mübarizəni dayandıran almanlar isə qol vəziyyətlərini qaçırdığına görə yalnız özünü qınamalıdı. De la Fuente də yarımfinal üçün start heyətini müəyyənləşdirmək üzərində baş sındırmalıdı.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu / Manşet

6-07-2024, 01:0

AÇ-2024: İspaniya və Fransa yarımfinalda - YENİLƏNİB

Manşet / Yazarlar

3-12-2022, 14:0

İspansayağı praqmatiklik və ya nə tökərsən aşına, o da çıxar qaşığına... - KÖŞƏ

İdman

13-12-2023, 20:0

“Leykers” qalib oldu, Lebron 500 min dollar qazandı

Manşet / Avropa Liqası

14-03-2024, 15:0

Teylor vaxtilə “Bayer-04”ü azlıqda qoyub!

Aktual
“Onları “Qarabağ”ın fəlsəfəsinə uyğunlaşdırmaq asan proses deyil” - “Qarabağ”a nə olub?
“Sabah” – “Orhus” oyununa neçə bilet satılıb? – hələ sənin üçün də yer var!
“Güclü klub yıxılandan sonra yenidən ayağa qalxa bilir” – Mirzə Bayrampur
“Avqustun istisi danimarkalı futbolçular üçün çətinlik yaradacaq” - ekspert fikri
“Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
“Demək olar ki, bütün gün stadiondayıq” – sonra da Faiq Cabbarova yardım edəcəklər
Son xəbərlər
  • Bu gün, 19:21
    “Onları “Qarabağ”ın fəlsəfəsinə uyğunlaşdırmaq asan proses deyil” - “Qarabağ”a nə olub?
  • Bu gün, 18:54
    Türkiyəli qapıçı ''Yunayted''dən ayrılaraq İspaniyaya yollandı
  • Bu gün, 18:26
    Rüstəm Samiqullin "Karvan-Yevlax"da
  • Bu gün, 17:50
    Məğlub Nəriman!
  • Bu gün, 17:34
    "Xarakterimizdə təslim olmaq yoxdu” - Musa Qurbanlı
  • Bu gün, 17:20
    “Sabah” – “Orhus” oyununa neçə bilet satılıb? – hələ sənin üçün də yer var!
  • Bu gün, 16:57
    “Zirə” Namik Ələskərovla yolları ayırdı
  • Bu gün, 16:26
    “Güclü klub yıxılandan sonra yenidən ayağa qalxa bilir” – Mirzə Bayrampur
  • Bu gün, 15:55
    “Avqustun istisi danimarkalı futbolçular üçün çətinlik yaradacaq” - ekspert fikri
  • Bu gün, 15:44
    Elvinin durumu necədi? - "Qarabağ"dan açıqlama
  • Bu gün, 14:53
    İspaniya superkuboku Türkiyədə keçiriləcək?
  • Bu gün, 14:22
    "Şəfa" "Neftçi" və "Qarabağ"a qalib gəldi
  • Bu gün, 13:51
    “Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
  • Bu gün, 13:20
    UEFA reytinqində mövqeyimizi qoruduq
  • Bu gün, 12:59
    ''Beşiktaş'' yubiley qələbəsini azlıqda qazandı
  • Bu gün, 12:28
    "İnanıram ki, “Kəpəz” bu stadionu tam dolduracaq" - Azər Məmmədov
  • Bu gün, 12:06
    ''Qalatasaray''ın maraq göstərdiyi rusiyalı ulduzun meneceri nələr dedi?
  • Bu gün, 11:35
    O "Qarabağ" artıq yoxdu!
  • Bu gün, 11:00
    "Sabah" - "Orhus" oyununun hakimləri dəyişdirildi
  • Bu gün, 10:36
    Murad Avropa Liqasında oynadı, komandası uduzdu
  • Bu gün, 10:00
    "Qarabağ"a daha çox qol vura bilərdik" - "Dinamo"nun baş məşqçisi
  • Dünən, 23:55
    "Qarşımızda yaxşı müdafiə olunan bir komanda var idi" - Qurban Qurbanov
  • Dünən, 23:19
    Mahir KL-də oynadı, komandası heç-heçə etdi
  • Dünən, 22:57
    "Qarabağ" "Dinamo"ya uduzdu - YENİLƏNİB
  • Dünən, 22:28
    “Demək olar ki, bütün gün stadiondayıq” – sonra da Faiq Cabbarova yardım edəcəklər
  • Dünən, 22:08
    "Kəpəz" yeni stadionunda "Karvan-Yevlax"ı məğlub etdi
  • Dünən, 21:30
    "Şəfa" rəhbərliyi komanda ilə görüşdü
  • Dünən, 20:55
    Mahir Konfrans Liqası oyununun start heyətində
  • Dünən, 20:43
    Slavik Alxasov "Səbail"də
  • Dünən, 19:55
    "Dinamo" - "Qarabağ": START HEYƏTLƏRİ
  • Dünən, 18:45
    İspaniya klubunu tərk etdi
  • Dünən, 18:10
    Asim Xudiyevə UEFA-dan təyinat
  • Dünən, 17:30
    Ötən ay karyerasını bitirən tanınmış ingiltərəli hakim Türkiyədə işləyəcək!
  • Dünən, 16:58
    AFFA “Şamaxı” və “Qəbələ” üçün maarifləndirici təlimlər keçdi
  • Dünən, 16:07
    Klubu ilə yenidən anlaşdı
Daha çox
Oxunub: 180
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 128
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 117
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 95
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 79
Nonsens: “Kəpəz”in veteranı xəstədi, veteranlar AFFA-ya üz tutur!
Oxunub: 79
“Parris Maludanın yerini tam doldura bilər” “Sabah” itirdi, yoxsa qazandı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə