“Sabah”ın azarkeş dükanı belə açıldı

7.07.2024 23:04 354
Aktual / Ölkə futbolu
Dünən “Sabah”ın ilk azarkeş dükanı fəaliyyətə başladı.

Azərkeşlərin belə tədbirlərə nə qədər maraq göstərdiyini bir neçə gün əvvəl “Qarabağ”ın nümunəsində gördük. “Football-plus.az” olaraq, biz də dəvətlilər sırasında İçərişəhərdə yerləşən “Coffe Costa”ya tərəf yol aldıq. Klubun atributlarının da yaratdığı rəngarəng ab-hava birbaşa insanın ruhuna təsir edirdi. Məkanda qeyri-adi izdiham görməsək də, iştirakçıların vaxtını səmərəli keçirməsi üçün fərqli əyləncələr təkil edilmişdi.

Masazır təmsilçisinin kiçik azarkeşləri kluba sevgini üzlərində ifadə edirdilər. Səhər saat 10-da start götürən tədbirin sonunda kiçik azarkeşlər arasında əyləndirici yarış təşkil edildi. İlk fan-store mağazasını azarkeşlərin ixtiyarına verən Masazır təmsilçisi yeni formalarını təqdim etməklə bərabər yaxın gələcədəki işlər barədə də mesajlar ötürdü.

RÖYANƏ OĞUZ