"Sabah"ın əsas azarkeş qruplarından olan "Soldati di Sabah"ın 3 yaşı tamam oldu.
Görəsən, bu qrupun futbol aləminə gəlişi "bayquşlar"a nə verdi? Klubun digər fanklublarından fərqləri nədi? “Football-plus.az” olaraq, bu sualı “Soldati di Sabah”ın rəhbəri Ağaxan Abdullayevla danışdıq:
"Futbol aləminə gəlişimizin nə verdiyini bizim deməyimiz düzgün olmaz. Məsələyə üçüncü şəxsin gözü ilə baxılmalıdı. “Sabah”ın digər fanklublarından fərqli yeganə azarkeş qrupuyuq ki, 3 ildi davamlı şəkildə oyunlarda iştirak edirik. Xoeoqrafiya açmışıq, Masazır sakinləri bizi tanıyır və sevir. Məncə, biz gələndə yerli sakinlər sevinirsə, klub üçün nəyisə bacarmışıq".
GÜNAY SÜLEYMANOVA