Orxan Məmmədov "Zirə"ni belə motivasiya etdi - FOTO

30.06.2024 17:30 334
Premyer-liqa / Manşet
“Zirə”nin İdarə Heyətinin sədri Orxan Məmmədov Türkiyədə təlim-məşq toplanışında olan komandanı ziyarət etmək məqsədilə Boluya yollanıb.

"Football-plus.az" xəbər verir ki, klub rəhbəri məşqdən əvvəl futbolçularla görüşüb və "qartallar"a uğurlar arzulayıb.
Kollektivin hazırlıq prosesini izləyən funksioner X sosial şəbəkə hesabında paylaşım edərək Rəşad Sadıqovun komandasına inandığını bildirib:

"Zirə" ilə görüşdüm. Ölkəmizi Avropa Liqasında təmsil edəcək futbolçularımız yüksək əhval-ruhiyyə ilə oyuna hazırlaşırlar. Komandamızın "Şerif"lə görüşdə öz uğurlu oyunu ilə azarkeşlərimizi sevindirəcəyinə inanırıq.

Orxan Məmmədov "Zirə"ni belə motivasiya etdi


Qeyd edək ki, "Zirə" “Şerif”lə iyulun 11-i və 18-də qarşılaşacaq.