Sadıxovun “Sumqayıt”la müqavilə müddəti açıqlandı

28.06.2024 15:29 307
Ölkə futbolu
Rəhim Sadıxovun “Sumqayıt”la müqavilə müddəti açıqlanıb.

"Football-plus.az" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi ilə 2+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Rəhim Sadıxov 2019-2022-ci illərdə də "Sumqayıt”da çıxış edib. Yarımmüdafiəçi bu müddət ərzində 79 oyunda iştirak edib, 19 qol vurub, 13 məhsuldar ötürmə edib.