Rəşad Əzizli “Şamaxı”ya, yoxsa “Neftçi”yə keçir? –“danışıqlar olub”

28.06.2024 15:06 871
Ölkə futbolu / Manşet
“Qəbələ”ni bu yay tərk edən futbolçulardan biri də Rəşad Əzizli oldu. 30 yaşlı qapıçıçnın fəaliyyətində bir neçə klub maraqlıdı. Hazırda hərəkətə keçənlərdən biri isə “Şamaxı”dı. İlkin razılıq əldə olunsa da, tərəflər maliyyə məsələsində anlaşa bilmirlər.

Digər variant isə Əzizlinin sabiq komandası “Neftçi”yə də keçə bilməsidi. Hətta iddialara görə, İvan Brikiçin yerinə namizəd kimi onunla danışıqlar aparılır.
Bəs Rəşad Əzizlinin seçimi necə olacaq? Rəşad “Football-plus.az”a açıqlmasında sözügedən variantları təkzib etməyərək sözlərinə əlavə etdi:

“Qəbələ”də müqaviləmin müddəti bitdiyi üçün ayrıldım. Heç bir tərəf də yenidən anlaşmaq istəmədi. Həm də 1-ci liqada qalmaq istəmirdim, özümün başqa fikirlərim vardı. “Şamaxı” ilə danışıqlar olub. Gözləyirəm. Komanda adı çəkməyəcəm. Amma “Neftçi” variantı da ola bilər. Hər halda, bir həftə ərzində rəsmi açıqlanacaq. Artıq vaxt azalır, hər şey həll olunmalıdı”.

Qeyd edək ki, təcrübəli qapıçı ötən il “Şamaxı”dan “qırmızı-qaralar”a transfer olunmuşdu. O, daha əvvəl “Səbail”, “Sumqayıt”, “Keşlə”, “Zirə”də forma geyib.

RÖYANƏ OĞUZ