Premyer-liqada 100-cü oyun

17.12.2023 15:50 180
Premyer-liqa
“Qəbələ”nin qapıçısı Rəşad Əzizli Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib.

"Football-plus.az" xəbər verir ki, 29 yaşlı qolkiperin yubileyi Misli premyer-liqanın 17-ci turuna təsadüf edib. O, “Səbail”lə səfərdəki matçda (0:3) meydana çıxıb. Əzizli bu 100 oyunda 143 qol buraxıb.

Qapıçının debütü “Rəvan”da forma geyindiyi 2015/16 mövsümündə gerçəkləşib. O, premyer-liqada 8 klubda çıxış edib. Rəşad “Rəvan”, “Şüvəlan”, “Neftçi”, “Sumqayıt”, “Şamaxı”, “Zirə”, “Səbail”in və “Qəbələ”nin şərəfini qoruyub.