"Qəbələ"də yeni qolkiper

25.07.2023 21:16 261
Premyer-liqa
Yeni mövsümün hazırlığını davam etdirən “Qəbələ” heyətinə daha bir futbolçu qatıb.

"Football-plus.az" xəbər verir ki, “qırmızı-qaralar” qapıçı Rəşad Əzizlinin keçidini rəsmiləşdirib. 29 yaşlı qolkiperlə 1 illik müqavilə imzalanıb.

Əzizlinin son klubu “Şamaxı” olub. O, bunadək “Rəvan”, AZAL, “Səbail”, “Neftçi”, “Sumqayıt” və “Zirə”nin formasını geyinib. Qapıçı Azərbaycan milli komandalarında da çıxış edib. Rəşad U-17 və U-19 yığmalarının şərəfini qoruyub.