Gimnastlarımız Nissen Kubokuna qatıldı

28.06.2024 13:44 299
İdman
İdmançılarımız İsveçrənin Arosa şəhərində keçirilən batut gimnastikası üzrə 52-ci Nissen Kubokuna qatılıblar.

"Football-plus.az" xəbər verir ki, yarışda məşqçi Abdulla Qasımovun rəhbərliyi altında 4 gimnast - Əli Niftəliyev, Ammar Baxşalıyev, Ayan Şabanova və Samirə Hüseynova iştirak edir.

Qeyd edək ki, Nissen Kuboku sabah başa çatacaq.