Türkiyə yığması AÇ-2024-ün qrup mərhələsinin son turunda Çexiyanı 2:1 məğlub edərək 16 illik fasilədən sonra turnirin pley-offuna yüksəldi.
Bu qarşılaşmanın ilk yarısında tarixi bir olay yaşandı. Çexlərin yarımmüdafiəçisi Antonin Barak 11 və 20-ci dəqiqələrdə olmaqla iki sarı vərəqə aldı və meydandan qovuldu. ''Fiorentina''nın üzvü AÇ tarixində ən erkən qırmızı vərəqə alan futbolçu oldu!
Əvvəlki antirekord Erik Abidala məxsus idi. Fransalı müdafiəçi AÇ-20008-in qrup mərhələsində İtaliyaya qarşı oyunda 24-cü dəqiqədə meydandan qovulmuşdu.
ƏLİ