“Qəbələ” Asif Məmmədovla razılaşdı

25.06.2024 15:14 321
Ölkə futbolu
“Qəbələ” Asif Məmmədovla müqavilənin müddətini uzadıb.

"Football-plus.az" xəbər verir ki, 38 yaşlı yarımmüdafiəçi ilə yeni müqavilənin müddəti qarşıdakı bir il üçün nəzərdə tutulub.

“Qırmızı-qaralar”ın kapitanı 2024/25 mövsümündə də bölgə təmsilçisinin formasını geyinəcək. Onun müqaviləsinin müddəti 2025-ci ilin yayında başa çatacaq.

Qeyd edək ki, 2015-ci ilin yayından “Qəbələ” çıxış edən təcrübəli yarımmüdafiəçi 2006/2007 mövsümünün ikinci yarısında da “qırmızı-qaralar”ın formasını geyinib. O, bu müddətdə meydana çıxdığı 252 oyunda 17 qola imza atıb. Məmmədov premyer-liqada 197 matçda 13, ölkə kubokunda 31 görüşdə 3, avrokubokların 24 qarşılaşmasında 1 dəfə fərqlənib.