“Football-plus.az” Misli premyer-liqasında mübarizə aparan komandaların sosial şəbəkə hesablarına nəzər yetirib. Məlum olub ki, 10 komandadan 8-nin yay üçün hazırlıq planı müəyyənləşib. "Sumqayıt" və “Neftçi”nin bu yöndə planları bilinmir.
Qeyd edək ki, “Qarabağ” Avstriyada, “Sabah” Sloveniyada, “Zirə” Türkiyənin Bolu, “Araz-Naxçıvan”la “Səbail” isə Ərzurum şəhərində məskunlaşacaq. Qalan komandalar ölkə daxilində məşq edəcək.
ƏSƏD SEYİDOV